Sizin şirkətiniz üçün korporativ e-mail
✉️ Biznesiniz üçün peşəkar e-poçt. Etibar ilk məktubdan başlayır.
Biridea korporativ e-mail şirkətiniz üçün təhlükəsiz, sürətli və tam idarə olunan korporativ e-poçt xidmətidir.
Saytınızın ünvanını siz seçin,
e-maili biz quraşdıraq
Ayda cəmi 5 AZN-dən başlayaraq.
Etibarı ilk məktubdan yaradır
Şəxsi domenli e-poçt ünvanı biznesinizin ciddiliyini dərhal göstərir. @sirketiniz.az ilə göndərilən məktublar müştərilərdə və tərəfdaşlarda inam yaradır, sizi daha peşəkar və stabil şirkət kimi təqdim edir. İlk əlaqədən etibarən etibar formalaşır.
Şirkət üzərində tam nəzarət yaradır
Bütün e-poçt hesabları şirkətinizə məxsus olur və mərkəzləşdirilmiş şəkildə idarə edilir. Yeni əməkdaşlar üçün asanlıqla hesab yarada, işdən ayrılanların girişini dərhal bağlaya bilərsiniz. Məlumatlar itmir, nəzarət həmişə sizin əlinizdə qalır.
Komanda işini sürətləndirir
Strukturlaşdırılmış e-poçt ünvanları daxili və xarici ünsiyyəti daha səmərəli edir. sales@, support@, info@ kimi ünvanlar sorğuların düzgün komandaya çatmasını təmin edir, cavab müddətini azaldır və iş proseslərini sürətləndirir.
Hər şey sizin rahatlığınız üçün
Bizim korporativ e-poçt xidmətimiz komandanıza ən lazım olan funksiyaları təqdim edir
Hər cihazdan rahat istifadə
Korporativ e-poçtunuzu kompüter, telefon və planşetdən rahatlıqla istifadə edə, harada olmağınızdan asılı olmayaraq ünsiyyəti davam etdirə bilərsiniz.
Həm kiçik, həm böyük biznes üçün
Xidmətimiz startaplardan böyük şirkətlərə qədər istənilən ölçülü biznesin ehtiyaclarına uyğunlaşır və biznesiniz böyüdükcə sizinlə birlikdə inkişaf edir.
Yüksək təhlükəsizlik
E-poçtlarınız müasir təhlükəsizlik texnologiyaları ilə qorunur, məlumatlarınız icazəsiz girişlərdən və kiber risklərdən etibarlı şəkildə müdafiə olunur.
Rahat və anlaşılan interfeys
Sadə və intuitiv interfeys sayəsində texniki biliyə ehtiyac olmadan e-poçtlarınızı asanlıqla idarə edə bilərsiniz.
Daimi pulsuz dəstək
Hər hansı sual və ya texniki problem zamanı Biridea komandası sizə sürətli və tamamilə pulsuz dəstək göstərir.
Məktubların spam riskini azaldır
Düzgün konfiqurasiya olunmuş korporativ e-poçt sistemi məktublarınızın spam qovluğuna düşmə ehtimalını minimuma endirir və onların birbaşa alıcının inbox-una çatmasını təmin edir.
Tariflər
Ayda cəmi 5 AZN-dən başlayaraq.
"Minimal" tarifi -44% endirim
5 AZN 9 AZN
9 AZN
/ayda (illik ödəniş)
Bu tarifi seçTək nəfər üçün uyğun seçim.
Microsoft Outlook, Apple Mail, Thunderbird və digər proqramlar ilə tam uyğunluq
- 1 e-poçt ünvanı
- Kompüter və telefon üçün e-poçt proqramları ilə uyğunluq
- Mobil və veb giriş
- Yüksək təhlükəsizlik, SSL sertifikat
- Domen qiymətə daxil deyil
- Komandamız tərəfindən quraşdırılma
"Əsas" tarifi -44% endirim
9 AZN 16 AZN
16 AZN
/ayda (illik ödəniş)
Bu tarifi seçKiçik komandalar üçün uyğun seçim.
Microsoft Outlook, Apple Mail, Thunderbird və digər proqramlar ilə tam uyğunluq
- 5 e-poçt ünvanı
- Kompüter və telefon üçün e-poçt proqramları ilə uyğunluq
- Mobil və veb giriş
- Yüksək təhlükəsizlik, SSL sertifikat
- Domen qiymətə daxil deyil
- Komandamız tərəfindən quraşdırılma
- Rahat administrator panelindən e-poçt istifadəçilərinin idarə olunması
"Pro" tarifi -34% endirim + domen hədiyyə
32 AZN 52 AZN
52 AZN
/ayda (illik ödəniş)
Bu tarifi seçOrta və böyük komandalar üçün uyğun seçim.
Microsoft Outlook, Apple Mail, Thunderbird və digər proqramlar ilə tam uyğunluq
- 20 e-poçt ünvanı
- Kompüter və telefon üçün e-poçt proqramları ilə uyğunluq
- Mobil və veb giriş
- Yüksək təhlükəsizlik, SSL sertifikat
- Domen qiymətə daxildir (.az/.com)
- Komandamız tərəfindən quraşdırılma
- Rahat administrator panelindən e-poçt istifadəçilərinin idarə olunması
Tez-tez verilən suallar
Korporativ e-poçt nədir?
Korporativ e-poçt şirkətinizə məxsus domenlə (məsələn, shirketim.az) yaradılan rəsmi e-poçt ünvanıdır. Bu, biznes ünsiyyətinizi daha peşəkar, təhlükəsiz və etibarlı edir.
Domen nədir və onu necə əldə edə bilərəm?
Domen sizin internet şəbəkəsindəki ünvanınızdır (məsələn, shirketim.az və ya shirketim.com). Domenlər .az, .com, .net və s. ilə bitir. Domeni müxtəlif domen qeydiyyatçıları vasitəsilə əldə edə bilərsiniz. Biz sizə domen seçimi və qeydiyyatı prosesində kömək edə bilərik.
"Pro" tarifində isə domen qiymətə daxildir.
Mövcud domenim varsa, istifadə edə bilərəm?
Bəli. Mövcud domeniniz varsa, onu problemsiz şəkildə korporativ e-poçt sisteminə qoşa bilərik.
Köhnə e-poçtlarım itəcək?
Xeyr. İstək olduqda mövcud e-poçtlarınız təhlükəsiz şəkildə yeni sistemə köçürülür.
Telefon və Outlook-da işləyirmi?
Bəli. Korporativ e-poçt iPhone, Android, Outlook, Apple Mail və digər məşhur e-poçt proqramlarında problemsiz işləyir.
Texniki bilik tələb olunurmu?
Xeyr. Sistem istifadəsi çox sadədir və bütün texniki qurulum Biridea tərəfindən edilir.
E-poçt hesabları necə idarə olunur?
Siz administrator panelindən e-poçt hesablarını asanlıqla əlavə edə, silə və idarə edə bilərsiniz. Məsələn, [email protected] e-poçt qutusunu sərbəstliklə və asanlıqla yarada bilərsiniz, hər işçiniz üçün ayrı e-poçt qutusu təyin edə bilərsiniz.
Texniki dəstək ödənişlidirmi?
Xeyr. Biridea tərəfindən daimi və pulsuz texniki dəstək göstərilir.
Ödəniş nə şəkildə həyata keçirilir?
Ödənişi kredit/debet kartı, bank tətbiqi vasitəsilə və ya Apple Pay və Google Pay vasitəsilə həyata keçirə bilərsiniz. Ödəniş intervalı aylıq və ya illik olur.
Bizi Instagram-da izləyin

